- Baxış sayı: 125
- 20 Mart 2026 23:43
- Baxış sayı: 145
- Mart 19, 2026
- 0

UEFA qitə çempionatını 1 il təxirə salıb. Allsport.az xəbər verir ki, koronavirus pandemiyasına görə qurum turniri 1 il təxirə salmağı təklif edib.
UEFA-ya üzv olan 55 ölkənin federasiyası, Avropa klublar birliyi və FIFPro bu təklifi qəbul edib.
Qitə futbol qurumunun rəsmi açıqlamasında turnirin 2021-ci il iyunun 11-dən iyulun 11-dək keçiriləcəyi qeyd edilib.
Avropa çempionatının 4 matçı Bakı olimpiya stadionunda keçiriləcək.