- Baxış sayı: 61
- 25 Aprel 2025 09:38
- Baxış sayı: 57
- Aprel 25, 2025
- 0
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, yarışın 2-ci günündə 5 çəkidə mükafatçılar bilinib. Dünən 4 təmsilçimiz finala yüksəlmişdi. Bu gün onlardan biri – Məhəmmədxan Məhəmmədov (97 kq) fəxri kürsünün zirvəsinə qalxıb.
Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq) və Əşrəf Aşırov (79 kq) 2-ci yerlə kifayətləniblər. Digər sərbəst güləşçimiz Zirəddin Bayramov (70 kq) bolqarıstanlı Ramazan Ramazanovla 3-cü yer üçün görüşün ilk hissəni 6:0 öndə tamamlasa da, 2-ci yarıda aldığı ağır zədə üzündən 7:11 yenilib.
97 kq-da mükafatlandırmada AGF-in vitse-prezidenti Namiq Əliyev iştirak edib.