- Baxış sayı: 29
- 24 Noyabr 2024 11:25
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Almaniya hakimiyyəti Avro-2024-ün qrup mərhələsinin Serbiya və İngiltərə arasında keçiriləcək oyununu poza biləcək potensial təhlükələrdən narahatdır.
Allsport.az xəbər verir ki, hüquq-mühafizə orqanları digər azarkeşlərlə birlikdə stadiona daxil ola biləcək serbiyalı ultraslarının aqressiv davranışından qorxurlar. Gözlənilir ki, 500 serb “xuliqan” minlərlə İngiltərə azarkeşinin içində olacaq ki, bu da münaqişəyə səbəb ola bilər.
Potensial münaqişənin qarşısını almaq üçün tədbirlərə stadionda yalnız aşağı spirtli pivə veriləcək, iki ölkədən olan azarkeşlər ayrı saxlanılacaq və geniş təhlükəsizlik əməliyyatı çərçivəsində 1000-dən çox polis əməkdaşı olacaq.