Avropa Klubları Assosiasiyası və “Neftçi” hamını sağlam və fəal həyat tərzinə dəvət edir

“Neftçi” PFK-nın da üzvü olduğu Avropa Klubları Assosiasiyası yeni layihənin icrasına start verib. Allsport.az xəbər verir ki, layihənin təbliğatına assosiasiyanın üzvü olan klublar da qoşulub.

“Beeactive” adı verilmiş layihə Avropada fiziki fəalliğın artırılmasına hesablanmışdır. Layihə çərçivəsində qitənin bütün ölkələrində idmana çağırışlar səsləndiriləcək və insanlar fəal olmağa çağırılacaqlar. Çağırışa irqindən və dini mənsubiyyətindən və yaşından asılı olmayaraq hər kəs qoşula bilər.

“Neftçi” PFK da öz növbəsində bu layihəyə qoşulur və hər kəsi sağlam və fəal həyat tərzinə dəvət edir.

Həmin kateqoriyadan