- Baxış sayı: 23
- 01 Fevral 2026 12:52
- Baxış sayı: 111
- Yanvar 30, 2026
- 0

Avropa liqasının əsas mərhələsinin son turunun oyunları başa çatıb və pley-off mərhələsinin bütün iştirakçıları müəyyənləşib.
Allsport.az xəbər verir ki, turnirin reqlamentinə əsasən, əsas mərhələni ilk səkkiz pillədə başa vuran “Lion”, “Aston Villa”, “Midtüllan”, “Real Betis”, “Portu”, “Braqa”, “Frayburq” və “Roma” komandaları birbaşa 1/8 finala vəsiqə qazanıblar.
Səkkizdəbir finala yüksəlmək uğrunda keçid oyunlarında isə 16 klub mübarizə aparacaq.
Səpələnmişlər səbətində “Genk”, “Bolonya”, “Ştutqart”, “Ferensvaroş”, “Nottingem Forest”, “Viktoriya Plzen”, “Srvena Zvezda” və “Selta”, səpələnməmişlər sırasında isə PAOK, “Lill”, “Fənərbağça”, “Panatinaikos”, “Seltik”, “Ludoqorets”, Zaqreb “Dinamo”su və “Brann” klubları yer alıblar.
Yanvarın 30-da keçiriləcək püşkatmadan sonra komandalar fevralın 19-u və 26-da pley-off matçlarına çıxacaqlar. Bu mərhələnin qalibləri fevralın 27-də baş tutacaq 1/8 final mərhələsinin püşkatmasında iştirak etmək hüququ əldə edəcəklər.