Avropa “Qarabağ”ın qeydə alınmayan qolundan yazır: “Bu səhv Azərbaycandan kənarda da danışılır”

Konfrans liqasının “H” qrupunun 6-cı turunda “Bazel” – “Qarabağ” oyununda (3:0) 2-ci dəqiqədə vurduğumuz qolun qeydə alınmaması, Avropa mətbuatında da müzakirə mövzusuna çevrilib. Allsport.az saytı xəbər verir ki, Abdullah Zubirin zərbəsi qapı xəttindən 2 metrədək içəri keçib. Ancaq baş hakim Fran Yoviç (Xorvatiya) qolu qeydə almayıb. Yan hakim də bunda səssiz qalıb.

İsveçrənin “Blue News” qəzeti yazıb: “Cəmi 65 saniyədən sonra top “Bazel”in qapı xəttindən keçdi. Abdullah Zubirin zərbəsindən sonra Serxio Lopez topu xəttdən kənara vursa da, top açıq şəkildə yarım metrdən çox qapı xəttini keçmişdi. Amma hakim fit çalmadı. Konfranslar Liqasında VAR və Goal Line texnologiyası olmadığı üçün hakimin qərarı qüvvədə qaldı”.

“Swiss Nau” isə hakimlərin “Bazel”i sürətli qoldan xilas etdiyini bildirib: “Lopez topa vuranda topun xəttdən çıxdığını görmədilər”.

Yoviçin səhv qərarı onun vətəni Xorvatiyada da müzakirə mövzusu olub. RTL telekanalının saytında belə manşet verilib: “Xorvatiyalı hakimlərin böyük səhvi “Qarabağ”a ziyan vurdu”:
 
Konfranslar liqasının son turunda keçirilən “Bazel” – “Qarabağ” matçını Fran Yoviçin başçılıq etdiyi xorvatiyalı hakimlər idarə edib və onlar məşhurlaşmayıb… “Bazel” 3:0 hesabı ilə qalib gəldi, amma matçın əvvəlində hakimin ciddi səhvi olmasaydı, hər şey başqa cür də bitə bilərdi. 2-ci dəqiqədə Abdullah Zubirin zərbəsindən sonra top qapı xəttini keçdi. Bununla belə, hakimlər oyunun davam etdiyini bildirdilər. Xorvatiyalı hakimlər Fran Yoviç, Hrvoye Radiç və ona kömək edən Luka Pusiç 0:0 hesabının yaranmasında günahkardırlar”.

İspaniyanın nüfuzlu “AS” nəşri də hakimin səhvi ilə bağlı yazıb: “Avropanı sarsıdan hakim qalmaqalı. Utancvericidir. “Qarabağ” qol vurdu, ancaq qol qeydə alınmadı. Bu məqsəd qrupda əsas ola bilər. Konfrans liqasında nə VAR, nə də Goal Line texnologiyası var. Çempionlar və Avropa liqalarında hər 2 sistemi qurmasına baxmayaraq, 3-cü Avropa turnirində oyunlar köhnə üsulla keçirilir, yəni hər şey hakimin gözü ilə həll olunur. Bu səhv haqqında Azərbaycandan kənarda da danışılır”.

 

Həmin kateqoriyadan