- Baxış sayı: 120
- 19 Noyabr 2024 22:39
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Bu gün 15-ci Avropa gənclər yay olimpiya festivalının əməliyyat komitəsi Avropa milli olimpiya komitələrinin nümayəndə heyətinin rəhbərləri üçün seminar keçirir. Allsport.az saytı xəbər verir ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, milli olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, prezident administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusif Məmmədəliyev, təşkilat komitəsinin üzvləri, eyni zamanda, yarışa hazırlıq işləri ilə daha yaxından tanış olmaq üçün Bakıda səfərdə olan Avropa olimpiya komitəsi əlaqələndirmə komissiyasının rəhbəri Corce Visaçki iştirak edirlər. Bununla yanaşı, seminara Avropa milli olimpiya komitələrinin 40 ölkədən olan 70 nümayəndəsi, eləcə də, Avropa olimpiya komitəsinin nümayəndələri və AOK-un Bakı-2019 üçün xususi yaradılmış əlaqələndirmə komissiyası qatılıb.
GİN-in mətbuat xidmətindən yayılan məlumata görə, seminar texniki planlaşdırma və oyunqabağı keçirilən əməliyyatların bütün aspektləri ilə tanışlıq fürsəti verməklə bərabər, onların Bakı-2019 haqqında ən son məlumatlara sahib olma və komandalarına müvafiq təlimlər verə bilmələri üçün təşkil olunub. Burada onlar geniş mövzuları əhatə edən iclaslarda iştirak edir, o cümlədən, idmançıların yerləşdirilməsi, akkreditasiya, nəqliyyat və digər mühüm əhəmiyyət kəsb edən məsələləri müzakirə edirlər. Eyni zamanda, seminarda 15-ci Avropa gənclər yay olimpiya festivalının əməliyyat komitəsi Avropa milli olimpiya komitələrinin nümayəndə heyətinin rəhbərlərinə idmançılara təqdim olunacaq medallar da nümayiş etdiriləcək.
Nümayəndə heyətlərinin rəhbərləri Əməliyyat Komitəsi tərəfindən atletlər üçün yaradılmış şəraitlə bağlı müzakirələr aparıblar. Tədbir çərçivəsində, Avropa milli olimpiya komitələrinin nümayəndə heyətinin rəhbərləri festival zamanı istifadə ediləcək bir sıra müasir idman obyektlərini, eləcə də İdmançılar kəndini ziyarət edəcəklər. Xatırladaq ki, Avropa gənclər yay olimpiya festivalı iyulun 21-27-də Bakıda keçiriləcək. Yarışlarda iştirak etmək üçün Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gələcək. Atletlər idmanın on növü – gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.