- Baxış sayı: 42
- 27 Mart 2026 20:58
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

5-7 apreldə Milli gimnastika arenasında Avropa olimpiya təsnifatının açılış proqramı müəyyənləşib.
Allsport.az saytı xəbər verir ki, mərasim sabah saat 17:30-da başlayacaq. Tədbirin rəsmi hissəsində Azərbaycan güləş federasiyasının vitse-prezidenti Namiq Əliyev və Dünya güləş birliyinin vitse-prezidenti Teodoros Hamakos çıxış edəcəklər.
Bədii hissəsində “Talant şou” rəqs qrupunun çıxışı olacaq. Bu yarışda hər çəkidə 2 güləşçi Paris-2024 yay olimpiya oyunlarına vəsiqə qazanacaq.