Avropa Oyunları möhtəşəm bağlanış mərasimi ilə başa çatdı

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi. Allsport.az xəbər verir ki, bu möhtəşəm tədbiri təqdim etmək üçün 10000 pirotexniki vasitədən istifadə edilib.

Bakı Olimpiya Stadionuna toplaşan 68000-dən çox insan və 800 milyon canlı yayım izləyicisi Azərbaycanın rəqsinə, şair Əhməd Cavad və Üzeyir Hacıbəyovun musiqisinə və səhnəni əhatə edən dünyada tanınan Qız Qalası və Alov Qüllələri memarlığını özündə əks etdirən şoudan zövq aldılar.

Baxımlı şou yalnız təntənəli Avropa Oyunlarında mübarizə aparmaq üçün Bakıya gələn 6000 idmançıya deyil, Bakı 2015-in uğuruna enerjisini, çoşğusunu və diqqətəlayiq fədakarlığını töhfə verən Alovqoruyanlara minnətdarlığını bildirir.

Yüzlərlə Alovqoruyan Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri və Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və Avropa Olimpiya Komitələrin Prezidentı Patrik Hikkinin bağlanış nitqlərini tribunadan izlədi.

DJ Garet Emeri, Con Nyuman və “Clean Bandit”in beynəlxalq musiqi ifalarından sonra tamaşaçılar əyləndilər – həm stadionda, həm də Xəzər dənizinin sahilində yerləşən Bakının məşhur Dənizkənarı Milli Parkında – Olimpiya kasası yavaş-yavaş söndü.

50 mübarizə aparan ölkəni təmsil edən əlli uşaq Olimpiya kasasının kənarında toplaşdılar. Bir uşaq digər uşaqlarla paylaşmazdan öncə öz fənəri ilə Oyunların işığını yandırdı. Onlar səhnənin ortasına doğru irəlilədikdə fənərləri yanan axşam libaslı ifaçıları ötüb keçdilər.

Sonra Avropa Oyunları alovunu nümayiş etdirərək qalxan böyük bir çilçırağa bağlanan 280 fənər Azərbaycan xalqının ürəyində silinməz iz qoyacaq.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish