“Neftçi”nin Avropa Oyunlarında uğur qazanan üzvləri ilə görüş keçirildi

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) “Neftçi” İdman Klubu” İctimai Birliyinin birinci Avropa Oyunlarında uğurla çıxış edən üzvləri ilə görüş keçirilib. Allsport.az xəbər verir ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayev tədbirdə çıxış edərək Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb.

Ölkəmizin birinci Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayan R.Abdullayev idmançılarımızın parlaq qələbələri ilə xalqımıza əsl bayram sevinci yaşatdıqlarını diqqətə çatdırıb.

Qeyd olunub ki, birinci Avropa Oyunlarında “Neftçi” İdman Klubu” İctimai Birliyinin 79 idmançısı iştirak edib. Klubun təmsilçiləri 6 qızıl, 5 gümüş və 5 bürünc medal qazanıblar.

Görüşdə çıxış edən idmançılar onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və SOCAR rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Həmin kateqoriyadan