Avropa Oyunlarında Fransanı 250 idmançı təmsil edəcək

Başqa ölkələrin idmançıları kimi, Fransa idmançıları da Avropa Oyunlarına ciddi hazırlaşırlar. Allsport.az xəbər verir ki, bu mötəbər yarışda Fransanı 250 idmançı təmsil edəcək. Onların 12-si güləşçidir.

Bunu Fransa Güləş Federasiyasının texniki məsələlər üzrə direktoru Mişel Lafon “Azərtac”ın xüsusi müxbirinə müsahibəsində söyləyib.

Lafon deyib: “Komanda heyətində artıq çempion tituluna layiq görülmüş idmançımız Avropa Oyunlarında ölkəmizin idman şərəfini qoruyacaq. 2014-cü ildə Özbəkistanın paytaxtı Daşkənddə keçirilmiş dünya çempionatının qalibi Melonin Numonviyə Avropa Oyunlarında böyük ümid bəsləyirik”.

Lafon vurğulayıb ki, “Bakı-2015” ilk Avropa Oyunlarının Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycan kimi inkişaf edən bir ölkədə keçirilməsi mühüm hadisədir. Qeyd edib ki, Avropa Oyunları kimi yarışlar ölkələr və xalqlar arasında dostluq əlaqələrinin inkişafında mühüm rol oynayır.

Həmin kateqoriyadan