- Baxış sayı: 52
- 06 Noyabr 2024 17:20
- Baxış sayı: 94
- Noyabr 21, 2024
- 0
Bu il Bakının ev sahibliyi edəcəyi ən möhtəşəm yarışa – Formula-1 Avropa qran-prisinə 20 günün qaldığı bir ərəfədə Bakıda Yusif Səfərov küçəsi boyunca yerləşən Şah İsmayıl Xətai parkında gerisayım saatı quraşdırılıb. Allsport.az saytı xəbər verir ki, müasir üslubda hazırlanan installyasiya şəhərin qonaqlarına və sakinlərinə Formula 1-in bu ilki mövsümünün 8-ci yarışı olan Avropa qran-prisinin başlamasına qalan vaxtı göstərir. Paytaxtın ən işlək küçələrinin biri üzərində quraşdırılmış gerisayım saatı ictimaiyyət arasında Azərbaycanda ilk dəfə keçiriləcək Formula 1 yarışına diqqəti cəlb etməklə yanaşı bu yarışa marağın artmasına kömək edəcək.
Avropa qran-prisinə hazırlıq işlərinin əksəriyyətini uğurla başa vuran əməliyyat şirkəti hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və yarışın keçirilməsi üçün gərəkli olan bütün hazırlıq işlərini iyunun 16-dək tam başa vurmaq əzmindədir.
Bakı Şəhər Halqasının asfalt örtüyü yarış üçün hazır vəziyyətə gətirilib. Trek ətrafında təhlükəsizlik baryerlərinin quraşdırılması ilə əlaqədar işlərin 95%-i artıq başa çatıb. Şəhər sakinlərinin fasiləsiz hərəkətinə mane olmamaq üçün trekin bəzi yerlərində təhlükəsizlik baryerləri yarışa ən yaxın günlərdə quraşdırılacaq. Belə ki, 14-16 iyun tarixləri ərzində Bakı Şəhər Halqasının keçdiyi küçələr nəqliyyatın hərəkəti üçün tamamilə bağlanaraq son hazırlıq işləri, o cümlədən qalan təhlükəsiz baryerlərinin quraşdırılması, trekin yarış standartlarına müvafiq şəkildə boyanması və digər zəruri işlər həyata keçiriləcək.