- Baxış sayı: 21
- 27 Yanvar 2025 22:22
- Baxış sayı: 394
- Yanvar 27, 2025
- 0
Allsport.az-da aylar öncə yazılanlar öz təsdiqini tapdı
“Bu, bir daha göstərir ki, COP-29-u Azərbaycana qarşı istifadə etmək istəyən bəzi Qərb ölkələrinin, onların nəzarətində olan dırnaqarası qeyri-hökumət təşkilatlarının və saxta media orqanlarının – onların bütün səyləri 11 ay ərzində əbəs oldu. Bu, hələ də davam edir. COP-dan sonra da artıq 2 aya yaxındır davam edir, bizə qarşı şər, böhtan, yalan, iftira, uydurma kampaniyası aparılır: Azərbaycanı qaralamaq, Azərbaycanın imicinə zərbə vurmaq. Onun arxasında duran ölkələrin adlarını mən heç çəkmək belə istəmirəm. Azərbaycan xalqı o ölkələri yaxşı tanıyır. Qeyri-hökumət təşkilatları hansı mənbədən vəsait alır, hansı paytaxtdan göstəriş alır, onu da Azərbaycan xalqı yaxşı bilir”.
Bunu ölkə başçısı İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni Təqvim İli münasibətilə xalqa müraciətində deyib. O, fikrinin sonunda, gələn ilin yanvarın sonlarından başlayaraq artıq Azərbaycana qarşı bu diskriminasiya və ayrı-seçkilik, şər, böhtan siyasətinə son qoyulacağına ümid etdiyini bildirib. Maraqlıdır ki, həmin media orqanlarını birbaşa və dolayısı ilə qidalandıran dövlətə yaxın idman qurumları da olub.
AFFA, əsasən onun tabeliyində fəaliyyət göstərən PFL – Avropada siyasi təxribatçılara bağlı jurnalistləri, başqa ölkələrdən Azərbaycan hökümətinə təzyiq göstərən qüvvələrə xidmət edənlərlə əlaqəliləri, feministləri və LGBT tərəfdarı olan media mənsublarını qeydiyyata alıb, onların beynəlxalq çıxışını təmin edib. Belədə, onlar milli komandaların ev oyunları və “Qarabağ”ın avrokubok matçları zamanı öz missiyalarını yerinə yetiriblər. Əsas məkrli işləri isə, kiçik sosial problemlərin əhalinin narazılığı kimi təqdim etməyə, narazı vətəndaş obrazlarının yaradılmasına, guya Qarabağda ermənilərin etnik təmizlənməsinə, LGBT hüquqlarının pozulmasına və ölkədə təşkil edilən COP-29 beynəlxalq tədbiri zamanı ekoloji və sair problemləri qaldırmağa səy göstəriblər; yurd dışından böyük miqdarda valyutanı gömrük nəzarətindən kənar qaçaqmalçılıqla ölkəyə gətiriblər. Vəsaitlər tapşırığa uyğun olaraq apalan fəaliyyətlərin gerçəkləşməsi üçün istigadə olunub.
Ötən ilin dekabrında hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı onların böyük qrupu ifşa edilib və bu barədə “Baku” TV-də geniş reportaj gedib. Allsport.az saytının araşdırmasında məlum olub ki, saxlanılanlar arasında AFFA və PFL-in illərlə akkeditədən keçirdiyi KİV mənsubları da var (28 oktyabrda dərc olunan “Misli görünməmiş cürət: Peşəkar futbol liqası Heydər Əliyevdən imtina etdi!” başlıqlı yazıda bu barədə xəbər yer alıb). O cümlədən, 2020-ci ildə Milli Məclisin önündə Qarabağa savaş çağırışı ilə keçirilmiş xalq mitinqi ilə əlaqədar saxlanılıb sonradan sərbəst buraxılanlar. Bu sırada “Misli” mərc şirkətinin PFL ilə premper liqanın rayon səfərlərində hakim ailənin təhqir olunması, cumhuriyyətçilərin xain adlandırılması, Ağdam klubunun paytaxtda rəsmi beynəlxalq görüşlərində ölkəni nüfuzdan salmaq üçün Avropa məhkəməsinə çıxış yollarının müzakirəsi də var.
Diqqət çəkən başqa bir məqam, AFFA-nın, PFL-in və “Misli”nin bu işləri də ötr-basdır etmək üçün sərt tədbirlər həyata keçirmələridir. Onlar dövlət başçısı İlham Əliyevin sərəncamı ilə yaradılan Medianın İnkişafı Agentliyini tanımır, əsasən fəaliyyətini Media reyestrindən keçməyən KİV və Avropada siyasi mühacirlərlə əlaqədə şübhəli bloqçular üzərində qururlar. Nüfuzlu beynəlxalq tədbirlərdə ölkənin nüfuzunun xələl gətirilməsi əsas hədəflərindəndir. Son belə hal ötən ilin 24 oktyabrında “Qarabağ” – “Ayaks” (Niderland) futbol klubları arasında matçdan sonra təşkil olunan mətbuat konfransında olub. Həmin hadisəni UEFA nümayəndəsi görüb qeydə almış, Azərbaycan klubuna xəbərdarlıq edilmiş və cərimələnmişdir.
Bütün bu sadalananlardan AFFA prezidenti Rövşən Nəcəfin xəbərdar olmasına inanmırıq. Amma icraçı vitse-prezident Sərxan Hacıyev və yaxın ətrafı, bütünlüklə PFL rəhbərliyi və əməkdaşları, eləcə də “Azərlotoreya”da və “Misli”də PR və KSM rəhbəri Seymur Teymurov (AFFA və PFL-də əsas söz sahiblərindən biri – red) hər bir incə məqamdan halidirlər. Hazırda onlar gərginlik yaradıblar və bunda çox maraqlıdırlar. Özlərinə yaxın KİV ilə gizli əməkdaşlığa başlayıblar. Bu bilgi içdən sızan kimi, siyahıya düşməyən futbol mətbuatı hücuma keçib. Açığı, istiqamət üzrə bütün media mənsubları hökumətin ayırdığı maliyyə yardımına haqq edirlər. Necə ki, zamanında bunu sabiq icraçı vitse-prezident Elxan Məmmədov AFFA yanında media komitəsi üzəridən həyata keçirib. O, dövlətyönlü və ya qeyri-dövlətyönlü KİV, heç birinə fərq qoymayıb, ona tapşırılan işi bacarıqla yerinə yetirib. Bu üzdən keçmiş müavin pərişandır və yandaş media vasitəsi ilə daim öz keçmiş rəhbərini ləkələməyə çalışır və onun bir gün təmtəraqla dönəcəyindən bərk narahatdır…