- Baxış sayı: 26
- 04 Dekabr 2024 11:52
- Baxış sayı: 318
- Dekabr 02, 2024
- 0
Allsport.az saytı xəbər verir ki, Loqan Sercent, uzun illər sonra Formula-1 yarışında çıxış edəcək ilk ABŞ-lı sürücü olacaq. 2006-ci ildə “Toro Rosso”nun pilotu Skott Spid çempionatda ötüşüb. Bu günlərdə gənc sürücü Portuqaliyada keçirilən testlərdə iştirak edib. Onun sözünə görə yeniyetmə yaşlarından Avropada yaşamağa öyrəşib. Vaxtaşırı vətəninə valideyinləri və dostlarının yaşadığı Floridaya qayıtmağın xüsusi bir önəmi olduğunu qeyd edib:
“Mümkün olduqca evə getməyə çalışıram. Uzun müddətdir ki ailəmlə yaşamıram. Avropaya köçəndən sonra, adət etdiyimi həyat tərzini dəyişdim. Çox gənc olduğum üçün baş verənləri ürəyimə yaxın qəbul etmədim. Hərdən öz evim üçün darıxırdım və ailəmin, dostlarımın yanına qayıtmaq istəsəmdə, lakin həmişə əhatəmdə yaxşı əhval-ruhiyyəli insanlar olub.
Onlar mənə daim, indi müəyyən qurbanlar vermək lazim olduğunu sonra bunum bəhrəsini görəcəymi deirdilər. Uşaqlıqda kartinq ilə məşğul olmuşam. Yarışmaqdan həmişə həzz almışam. Yadımdadır, atam və qardaşım ilə avtodroma birlikdə gedirdik.
Mən Avropaya köçənə kimi bu işlə ciddi məşğul olmaq fikrim olmayıb. Əlbəttə, daha gənc yaşlarımda mənim də Formula-1 pilotu olmaq arzusu olub. Biz sadəcə müəyyən bir yol seçdik və bu yol bizi “Uilyams” komandasına gətirib”.