- Baxış sayı: 42
- 11 Aprel 2025 23:43
- Baxış sayı: 41
- Aprel 11, 2025
- 0
Almaniyada qitə çempionatında “D” qrupunda 3-ci tura yekun vurulub. Allsport.az saytı xəbər verir ki, Avstriya millisi Niderlandı 3:2 yenərək, 6 xalla mübarizəni 1-ci yerdə bitirib.
“Qara qartallar”dan qollarını 6-cı dəqiqədə Donyel Malen (avtoqol), 59-cu dəqiqədə Romano Şmid və 80-ci dəqiqədə Marsel Sabitzer vurublar.
Niderlandın heyətində matçın Kodi Qakpo (47-ci dəq) və Memfis Depay (75-ci dəq) fərqləniblər.
Qrupun digər matçında, Fransa – Polşa arasında mücadilədə hər 2 qol 2-ci hissədə 11-metrlik cərimə zərbəsindən. 56-cı dəqiqədə Kilian Mbappe “xoruzlar”ı hesabda önə çıxardıb. Bu, onun Avropa çempionatında ilk qolu olub. Robert Levandovski 79-cu dəqiqədə sevinib və komandasını qrupu xalsız tərk etməyə qoymayıb.
Fransa 5 xalla 2-ci, Niderland 4 xalla 3-cü pillədə qərarlaşıb.