- Baxış sayı: 21
- 24 Noyabr 2024 22:46
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq premyer liqa matçında “Liverpul”la heç-heçəni (2:2) şərh edib. Allsport.az xəbər verir ki, o, komandanı günahlandırmayıb:
“Emosiyalar qarışıqdır. Bir tərəfdən məyus oldum ki, bir həftə ərzində lider olarkən 7 xal itirdik, amma axmaq səhvlərə görə özümüzü günahlandırmalıyıq. Digər tərəfdən qürur duyuram. Komandanın yaxşılaşdığını görürsən, onların heyrətamiz potensialı var və mən onlarla fəxr edirəm.
Əsas sahələrdə mübarizəni uduzurduq. Bəzi oyunçuların çox gənc olduğunu nəzərə alsaq, qalib gələcəyimizə əmin deyildik. Biz onlardan ikinci hissədə daha yaxşı çıxış etmələrini istədik və onlar bunu bacardılar”.