“Axşam saat 9-dan sonra mənzildən çıxmırıq”

Moskva “Dinamo”sunun hücumçusu Konstantin Tyukavinin həyat yoldaşı Alena Tyukavina ərini ev adamı adlandırıb və onun gündəlik iş rejiminə ciddi əməl etdiyini deyib. Allsport.az saytı xəbər verir ki, o, həmkarlarımızın “doğrudanmı”sualına belə cavab verib:

“Bəli! Axşam saat 9-dan sonra mənzildən çıxmırıq. Tətildə gündəlik rejim əslində təqaüdçilərdəki kimidir (gülür). İndi biz 5-günlük Türkiyəyə uçduq. Tətildə kiminsə yorğunluğu var, 12-yə qədər yatır…

Kostya isə səhər 8-də qalxır. Səhər yeməyi, idman zalı, nahar və sakit vaxt. Sonra bir az günəşdə isinəcək, üzəcək, tennis və voleybol oynayacaq. Sonra nahar, boş vaxt – və budur, yatağa get”.

Həmin kateqoriyadan