- Baxış sayı: 40
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 137
- Noyabr 28, 2024
- 0
Türkiyə millisinin AÇ-2020 üçün hazırlıq proqramı müəyyənləşib. Allsport.az xəbər verir ki, yığma mayın 17-də Antalyada bir araya gələcək. Ayın 27-də Alaniyada “Oba” stadionunda Azərbaycan futbolçuları ilə yoldaşlıq görüşündə olacaq.
Mayın 31-də isə “ay-ulduzlular” Antalyada Şimali İrlandiya ilə üz-üzə gələcək. İyunun 2-də Almaniyaya yollanacaq və Harsevinkel şəhərində məskunlaşacaq. Komanda ayın 3-ü Moldova ilə qarşılaşacaq.
İyunun 11-də Avropa çempionatının açılış matçında İtaliya ilə oyun üçün bir gün öncə Romaya yollanacaq.
Türkiyə millisi qrupdakı digər rəqibləri – Uels və İsveçrə ilə oyunlar üçün iyunun 12-də Bakıya səfər edəcək və “Fairmont Baku Flame Towers” mehmanxanasında məskunlaşacaq.
Avropa çempionatının açılış matçı iyunun 11-i Bakı vaxtı ilə saat 23:00-da Roma olimpiya stadionunda baş tutacaq. Ev sahibi İtaliya Türkiyə ilə üz-üzə gələcək.