- Baxış sayı: 27
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 47
- Dekabr 05, 2025
- 0

Azərbaycan millisi AÇ-2020-nin seçmə mərhələsində “E” qrupunda ilk oyuna çıxıb. Allsport.az saytı xəbər verir ki, “ay-ulduzlular”ımız Zaqrebdə “Maksimir” stadionunda Xorvatiya futbolçularının qonağı olub. Yeni baş məqçimiz Nikola Yurçeviç həmyerlilərinə qarşı düzgün taktika seçsə də, sonda rəqibin ustalığı öz sözünü deyib.
Hesabı 19-cu dəqiqədə son vaxrlar yüksək formada olan və Rusiya premyer-liqasında qolları sıralayan Ramil Şeydayev açıb. Xorvatların bərabərlik cəhdləri ilk yarının sonunda bəhrəsini verib (1:1). 2-ci hissədə təzyiqi bir qədər də artıran meydan sahibləri 79-cu dəqiqədə istəklərinə nail olublar – 2:1.