- Baxış sayı: 89
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

Sloveniyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoxlama oyunu keçirib. Allsport.az xəbər verir ki, “Maribor” klubunun əvəzedici komandası ilə qarşılaşan yığmamız 1:3 hesabı ilə məğlub olub.
Komandanın qolunu Qara Qarayev vurub. Xatırladaq ki, toplanış çərçivəsində yığmamız ilk yoldaşlıq oyununda “Celje” klubunun U-19 komandasına 5:0 hesabı ilə qalib gəlmişdi.