- Baxış sayı: 32
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 33
- Noyabr 26, 2024
- 0
“Umbro” şirkəti ilə əməkdaşlıq edən AFFA futbol üzrə Azərbaycan milli komandası üçün “Avro-2016”nın seçmə mərhələsinin sonunadək kifayət edəcək sayda geyim əldə etmişdi. Allsport.az saytı xəbər verir ki, mövcud geyim dəstlərindən qənaətlə istifadə olunduğu üçün millimizin dünya çempionatının seçmə mərhələsinin geridə qalan oyunlarında da “Umbro” şirkətinin istehsalı olan formalardan istifadə olunub.
Seçmə mərhələnin digər qarşılaşmaları üçün forma almaq məqsədilə AFFA bir neçə, o cümlədən “Umbro” və “Nike” şirkətləri ilə danışıqlar aparıb. “Nike” şirkəti “Umbro” ilə müqayisədə tələb olunan geyimləri daha tez və 11 faiz ucuz qiymətə təmin etdiyi üçün AFFA ilə şirkət arasında razılıq əldə olunub.
Beləliklə, Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 10-da Şimali İrlandiya yığmasına qarşı keçirəcəyi oyundan başlayaraq mövsümün sonunadək meydana “Nike” istehsalı olan formada çıxacaq.