- Baxış sayı: 34
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
FİFA yığma komandaların yeni reytinq cədvəlini açıqlayıb. Allsport.az xəbər verir ki, Azərbaycan yığması yeni siyahıda birdən-birə 10 pillə geri düşüb.
Qeyd edək ki, belə geriləməyə millimizin AÇ-2016-nın seçmə mərhələsinin son iki turunda İtaliya (1:3) və Bolqarıstana (0:2) məğlubiyyətləri səbəb olub. Məhz bu uğursuzluq nəticəsində komandamız həm də 35 reytinq xalı itirib. Hazırda komandamızın hesabında 293 xal var. Komandamız Bəhreynlə birgə eyni xal və eyni pilləni bölüşür.
Keçmiş SSRİ ölkələri arasında yığmamız Rusiya (23-cü yer, 885 xal), Ukrayna (28, 806), Özbəkistan (71, 477), Belarus (70, 479), Estoniya (90, 370), Latviya (99, 342) və Gürcüstandan (111, 301) geri qalır. Əvəzində Türkmənistan (121, 281), Litva (123, 279), Qırğızıstan (124, 277), Ermənistan (127, 271), Qazaxıstan (131, 256), Moldova (154, 177) və Tacikistandan (160, 159) öndə qərarlaşmışıq.
İlk onluqda qərarlaşan komandalar isə bunlardır: Belçika (1440), Almaniya (1388), Argentina (1383), Portuqaliya (1364), Çili (1288), İspaniya (1287), Kolumbiya (1233), Braziliya (1208), İngiltərə (1179) və Avstriya (1130).