- Baxış sayı: 29
- 04 Fevral 2026 23:39
- Baxış sayı: 139
- Fevral 04, 2026
- 0

Dünya çempionatı-2022-nin seçməsində oktyabrın 9-da Bakıda İrlandiya, oktyabrın 12-də isə Belqradda Serbiya millisi ilə qarşılaşacaq millimizin heyəti açıqlanıb. Allsport.az xəbər verir ki, oyunlara 26 futbolçu dəvət alıb:
Qapıçılar: Aydın Bayramov (“Sumqayıt”), Emil Balayev, Şahrudin Məhəmmədəliyev (hər ikisi – “Qarabağ”).
Müdafiəçilər: Maksim Medvedev, Abbas Hüseynov, Bəhlul Mustafazadə (hər üçü -“Qarabağ”), Azər Salahlı (“Keşlə”), Mərd Çəlik (“Neftçi”), Tellur Mütəllimov, Höccət Haqqverdi (“Sumqayıt”), Bəxtiyar Həsənalızadə (“Sabah”), Anton Krivotsyuk (“Visla” Plock, Polşa);
Yarımmüdafiəçilər: Qara Qarayev, Toral Bayramov, Filip Ozobiç (“Qarabağ”), Rövlan Muradov (“Qəbələ”), Anatoli Nuriyev (“Kolos”, Ukrayna), Vüqar Mustafayev, Murad Xaçayev, Rəhim Sadıxov (“Sumqayıt”), Emin Mahmudov (Neftçi);
Hücumçular: Namiq Ələsgərov (“Bursaspor”, Türkiyə), Renat Dadaşov (“Tondela”, Portuqaliya), Ramil Şeydayev (“Qarabağ”), Mahir Əmrəli (“Legiya”, Polşa), Araz Abdullayev (“Etnikos”, Kipr).