- Baxış sayı: 114
- 20 Mart 2026 23:43
- Baxış sayı: 144
- Mart 19, 2026
- 0

Bu gün Braziliyanın əfsanəvi futbolçusu Karlos Alberto Torres 72 yaşında vəfat edib. Allsport.az saytı xəbər verir ki, o, Rio-de-Janeyroda ürək tutmasından dünyasını dəyişib.
Karlos Alberto 53 dəfə Braziliya milli komandasının formasını geyinib. O, 1970-ci ildə Dünya Kubokunun sahibi olarkən, kapitan olub. Torres DÇ-1970-in finalında Brazilyanın İtaliyaya qarşı keçirdiyi oyunda dünya çempionatları tarixində ən gözəl qollardan birini vurub.
Qeyd edək ki, braziliyalı mütəxəssis 2004-2005-ci illərdə Azərbaycan millisinin baş məşqçisi olub. O, ilk əcnəbi çalışdırıcı kimi futbol tariximizə düşüb.