- Baxış sayı: 23
- 16 Aprel 2025 19:20
- Baxış sayı: 89
- Aprel 14, 2025
- 0
Milli futbol komandamız Avro-2016-nın seçmə mərhələsində noyabrın 16-da Bakıda norveçli həmkarını qəbul edəcək. Allsport.az saytı xəbər verir ki, bu matça hazırlıq məqsədilə təlim-məşq toplanışında olan “ay-ulduzlular”ımızın ayın 15-də, saat 19:30-da “Bakcell Arena”da mətbuat konfransı təşkil olunacaq. 20:00-da başlayacaq hazırlığın ilk 20 dəqiqəsi mətbuat və azakeşlər üçün açıq keçəcək.
Seçməmiz skandinavlarla rəsmi görüşə saat 21:00-da çıxacaq. Komandamızı meydana istefaya göndərilmiş baş məşqçi Berti Foqtsu əvəz edən yerli mütəxəssis Mahmud Qurbanov çıxaracaq. Xatırladaq ki, “H” qrupunda yer alan Azərbaycan millisinin 3 oyundan sonra hesabında xal yoxdur.