- Baxış sayı: 35
- 03 Fevral 2026 23:53
- Baxış sayı: 148
- Fevral 02, 2026
- 0

Dünya çempionatı-2018 seçmə qrup mərhələsində “ay-ulduzlular”ımızın rəqibi Almaniya millisi baş məşqçi Yoahim Lövlə müqavilənin müddətini uzadıb.
Allsport.az saytı xəbər verir ki, mütəxəssisin fəaliyyətindən razı qalan federasiya rəhbərliyi onunla 2020-ci ilədək anlaşıb.
“C” qrupunda keçirdiyi ilk 3 matçda maksimum nəticə göstərən lider Almaniyanı 7 xalla Azərbaycan millisi izləyir. Bu komandalar arasında ilk görüş gələn il martın 26-da Bakıda baş tutacaq.