- Baxış sayı: 10
- 31 Mart 2026 10:00
- Baxış sayı: 544
- Mart 30, 2026
- 0

“Düzgün oynamasaq da, vacib qələbə qazandıq. Lüksemburq çox yaxşı oyun göstərdi. Bəzi şanslarımız oldu. Amma bizim üçün ən önəmli sonda qələbə qazanmağımızdır”.
Allsport.az xəbər verir ki, bu sözləri DÇ-2022-nin seçmə mərhələsində millimizin rəqibi olan Serbiya yığmasının kapitanı Duşan Tadiç Lüksemburqa qalib gəldikləri oyundan (1:0) sonra deyib.
“Ayaks”ın hücumçusu növbəti oyunda Azərbaycan millisinə də qalib gəlməli olduqlarını bildirib: “Azarkeşləri qələbə ilə sevindirdiyimiz üçün şadam. Bu oyunu unudacağıq. Növbəti oyunda Azərbaycanı məğlub edib Portuqaliya ilə finala bərabər oyuna hazırlaşmalıyıq”.
Serbiya millimizlə oktyabrın 12-də Belqradda qarşılaşacaq.