- Baxış sayı: 16
- 21 Noyabr 2024 17:55
- Baxış sayı: 98
- Noyabr 19, 2024
- 0
“Ximki”nin yarımmüdafiəçisi Ayaz Quliyev Azərbaycan millisində oynamağa razı olduğunu deyib. Allsport.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi “RP Sport”a bu barədə bildirib:
“Mən Azərbaycan millisində oynaya bilərəm. Ora keçməyim üçün yalnız danışıq aparıb, yekun razılıq vermək lazımdır. Gələcəkdə Rusiya yığmasında yox, Azərbaycan millisində oynayacağımı istisna etmirəm. Amma indi bu barədə 100 faiz əminliklə danışa bilmərəm. İndiyə qədər dəqiq bilmirəm, çünki mənim keçidimi birbaşa təfərrüatı iləmüzakirə etməyiblər, şəxsən görüşməyiblər.
Mənim beynimdə bu fikir var. İlk dəfə Rusiya Premyer Liqasında oynamağa başlayanda artıq mənə Azərbaycan millisində oynamaq təklifi edilmişdi, amma legioner sayılacağım başqa bir limit var idi. Bu, məni narahat edirdi. İndi qaydalar fərqlidir, asanlaşıb. Ona görə də hər şey ola bilər”.
Quliyev Rusiyanın U16, U17, U18, U19, U20 və U21 yığmalarında çıxış edib.