- Baxış sayı: 135
- 20 Mart 2026 23:43
- Baxış sayı: 181
- Mart 19, 2026
- 0

Rusiya kubokunda 1/8 final mərhələsində azərbaycanlı futbolçu Ayaz Quliyevin çıxış etdiyi “Rostov” doğma meydanda “Zenit”lə üz-üzə gəlib.
Allsport.az saytı xəbər verir ki, 4 qolun qeydə alındığı görüş “traktorçular”ın 3:1 qələbəsi ilə başa çatıb. Beləliklə, həmyerlimizin komandası 1/4 finala yüksəlib.
Ayaz bu oyunda sonadək ehtiyatda qalıb.