- Baxış sayı: 33
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Ayaz Quliyevin Rusiyanın “Spartak” klubunda oynamamasının səbəbi müəyyənləşib. Allsport.az “Championat” nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi ağciyər xəstəliyindən əziyyət çəkdiyi üçün bu mövsüm oynaya bilməyib.
O, xəstəliyə görə dərmanlar qəbul edib və bu da futbolçunun kökəlməsinə, formaya düşə bilməməsinə səbəb olub.
Ayaz 2019-cu ilin yanvarından “Spartak”da çıxış edirdi. Moskva klubu ötən həftə Quliyevin müqaviləsinə xitam verib.
Onun “Rostov”la müqavilə imzalayacağı gözlənilir.