- Baxış sayı: 30
- 15 Yanvar 2025 10:41
- Baxış sayı: 638
- Yanvar 10, 2025
- 0
Çernoqoriyanın Niksiç şəhərində xatirə yarışının 8-ci turunda Aydın Süleymanlı yerli şahmatçı Luka Draskoviçi məğlub edərək, son qrossmeyster balını yerinə yetirib.
Allsport.az saytı xəbər verir ki, onun ELO əmsalı 2500-də çox olduğundan, həmyerlimizə yalnız FİDE-nin növbəti konransını gözləmək qalıb.
Məhz ali şahmat qurumunun növbəti konfransında ona rəsmi olaraq bu titul veriləcək. 16 yaşını yeni qeyd etmiş Aydın ölkəmizin ümumilikdə 27-ci, fəal şahmatçılar arasında isə 22-ci qrossmeysteri olub.