- Baxış sayı: 75
- 24 İyun 2026 22:19
- Baxış sayı: 31
- İyun 26, 2026
- 0

Güləş üzrə milli komandalarımız təlim-məşq toplanışına start verib. Allsport.az xəbər verir ki, hər üç millimiz güləş federasiyasının təlim-məşq bazasında hazırlıq keçir. İdmançılar məşqçilərin nəzarəti altında həm fiziki, həm də taktiki-texniki çalışmaları yerinə yetirir.
Sərbəst güləş üzrə yığmanın bir qrupu yanvarın 19-da Dağıstana yollanacaq. Komandamızın əsas heyəti fevralın 1-dək Mahaçqalada təlim-məşq toplanışı keçəcək.
Yunan-Roma və qadın güləşi üzrə millilərimiz isə 5-9 fevralda Xorvatiyada ilin ilk reytinq turnirinədək məşqləri doğma məkanda davam etdirəcək. Hər iki komandamız “Zaqreb Open”dən sonra qarşıdakı mühüm yarışlara ölkə xaricində hazırlaşacaq.