- Baxış sayı: 19
- 06 Fevral 2026 23:16
- Baxış sayı: 225
- Fevral 04, 2026
- 0

“Ayın qolu” layihəsi çərçivəsində noyabr ayının qalibi müəyyənləşib.
Allsport.az xəbər verir ki, “Sumqayıt”ın futbolçusu Rövlan Muradov bu nominasiyada fərqlənib.
Bu gün keçirilən “Sumqayıt” – “Qarabağ” görüşündən əvvəl qalibə mükafatlar təqdim olunub. Ona mükafatları “Kapital Bank Arena”da peşəkar futbol liqasının vitse-prezidenti Aslan Şahgəldiyev təqdim edib.
Qeyd edək ki, Rövlanın XII tur çərçivəsində keçirilən “Sumqayıt” – “Araz-Naxçıvan” (2:0) görüşündə vurduğu qol “Ayın qolu” seçilib.