“Ayntraxt” Emil Balayevə yeni mövsümdə də güvənmək fikrində deyil

Almaniya Bundesliqasında 1-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin komandası – “Ayntraxt” da cari mövsümdə ilk çempionat oyununa çıxıb.

Frankfurt təmsilçisi səfərdə “Volfsburq”la qarşılaşıb. Matç futbolçumuzun klubunun 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, Emilin adı bu oyunun iştirak ərizəsinə salınmayıb.

Həmin kateqoriyadan