- Baxış sayı: 27
- 03 Noyabr 2026 19:38
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Barselona”nın və Almaniya yığmasının yarımmüdafiəçisi İlkay Gündoğan karyerasını Qətərdə davam etdirə bilər.
Allsport.az saytı xəbər verir ki, 33 yaşlı futbolçu “Əl-Sədd”dən 3-illik müqavilə şəklində təklif alıb. Yarımmüdafiəçinin Qətər klubunun təklifini nəzərdən keçirəcəyi qeyd olunur.
Türkiyə əsilli futbolçunun “narıncılar”la hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdir. Ötən mövsüm “Barselona” ilə 51 matçda 5 qol vurub və 14 məhsuldar ötürmə edib.