- Baxış sayı: 38
- 19 İyun 2026 20:30
- Baxış sayı: 65
- İyun 19, 2026
- 0

“Verona”nın müdafiəçisi Xuan Kabal “Yuventus”la müqabilədən öncə tibbi müayinədən keçmək üçün Turinə gəlib.
Allsport.az saytı xəbər verir ki, “qoca sinyora” kolumbiyalı futbolçunun transferi üçün 10 milyon avro ödəyəcək.
“Verona” əlavə olaraq, daha 2 milyon qazanacaq. Futbolçu uğrunda mübarizədə “ağ-qaralar” əzəli rəqibi “İnter”i qabaqlayıb.