- Baxış sayı: 25
- 05 Fevral 2026 15:27
- Baxış sayı: 199
- Fevral 04, 2026
- 0

Almaniya Bundesliqasında 8-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin komandası – “Ayntraxt” da növbəti matçına çıxıb.
Frankfurt təmsilçisi səfərdə “İnqolştadt”la qarşılaşıb. Matç futbolçumuzun komandasının 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Emilin adı bu dəfə də matçın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, “Ayntraxt” hazırda 9 xalla 12-ci pillədə qərarlaşıb.