- Baxış sayı: 27
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 24
- Noyabr 26, 2024
- 0
Təlim-məşq toplanışının ikinci hissəsini Türkiyənin Antalya şəhərində keçirən “Zirə” hazırlıqları davam etdirir. Allsport.az saytı xəbər verir ki, komandamız bu gün səhər məşqini 20 yanvar şəhidlərini anmaqla başlayıb. Baş məşqçi Ayxan Abbasov komandaya 1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə baş verənlər haqda ətraflı məlumat verib. Mütəxəssis, həmin gecə baş verənlərin qanlı faciə olmaqla yanaşı, bütövlükdə bir xalqın qəhrəmanlıq nümunəsi, azadlıq uğrunda mübarizəsi kimi tarixdə qaldığını deyib.
Xalqımız qorxmadan təpədən dırnağa qədər silahlanmış ordunun qarşısına çıxaraq, azadlıq uğrunda canlarını fəda edib. Həmin gecə 133 dinc sakin öldürülüb, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olunub. Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, yanvarın 22-də Azərbaycan xalqı şəhidləri ilə vidalaşıb. Bakıda keçirilən matəm mərasimində bir milyondan çox insan iştirak etmişdi. Baş verənlərin həm də birlik nümunəsi olduğunu diqqətə çatdıran Ayxan Abbasov, hər kəsin bundan nümunə götürməli olduğunu deyib.