Ayxan Abbasov: İlk 15-20 dəqiqə oyuna tam qoşula bilmədik

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov premyer liqanın 16-cı turunda “Qarabağ”la oyundan danışıb. Allsport.az saytı xəbər verir ki, meydan sahibi 0:2 hesabı ilə yenildikləri görüşdən narazı qalmayıb:

“Çətin oyun oldu. “Qarabağ” çox istəkli başladı. Biz də yaxşı hazırlaşmışdıq. İlk 15-20 dəqiqə oyuna tam qoşula bilmədik. İlk hissədə üstünlük rəqibdə idi. İkinci hissə “Sumqayıt”a layiq oyun oynadıq, buna görə futbolçulara təşəkkür etdim.

İnanıram ki bu durumdan çıxa biləcəyik. Uduzmaq əlbəttə ki, pis təsir edir. Futbolda qalibiyyət də olur. Yaxşı komanda məğlub olanda bilinir. Bu nəticədən dərs çıxarmalıyıq. Qarşıda vacib oyunlar var, xal itirsək, çox çətin olacaq”.

Həmin kateqoriyadan