- Baxış sayı: 32
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov ölkə kubokunun yarımfinalının cavab oyuynda “Neftçi”yə uduzub (0:2, ilk matç – 1:0) mübarizəni dayandırmaqları haqda fikirlərini bölüşüb. Allsport.az xəbər verir ki, o, yenilgiyə belə aydınlıq gətirib:
“Bilirdik ki, evdəki qələbə “Neftçi”ni daha da aqressiv edəcək. Fərqli oynayacağını bilirdik, o basqını ilk dəqiqələrdən hiss etdik. Amma buna baxmayaraq, bütün hücumların qarşısını ala bilirdik. Son dəqiqələrdə yorğunluq öz sözünü deyirdi. Cərimə zərbəsindən buraxdığımız qoldan sonra rəqib psixoloji üstünlük əldə etdi. Bu il qismət olmadı.
Futbolçularıma təşəkkür edirəm sona qədər vuruşdular. Möhtəşəm ab-hava yaradan azarkeşlərimizə təşəkkür edirəm. Həqiqətən futbolumuzda belə atmosfer üçün darıxmışdıq. İnanıram ki, böyüyəcəyik, bundan da yaxşı olmağa çalışacağıq. Güclənmək üçün vaxt lazımdır.
Üzgün olsaq da, qarşıda bizi çətin çempionat oyunları gözləyir. Kuboka tam kökləndiyimiz üçün bəlkə də çempionatda stabilliyi itirmişdik. Qarşıdakı 5 oyunda uğurlu çıxış edib, premyer liqada yerimizi qoruyub gələn mövsüm daha yaxşı olmağa çalışacağıq”.