- Baxış sayı: 5
- 27 Noyabr 2024 10:32
- Baxış sayı: 35
- Noyabr 26, 2024
- 0
“Turan Tovuz” premyer liqasının 15-ci turunda evdə “Sabah”a 0:1 yenilib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasovun açıqlaması belə olub: “Oyunun mahiyətini bilirdik. “Sabah” ən yaxşı komandalardandır. Oyunları ilə hər dəfə bunu sübut ediblər. Buna baxmayaraq futbolçularım sağ olsunlar, yaxşı mübarizə apardılar. Hesabdan asılı olmayaraq onlara təşəkkürümü bildirəcəkdim.
Son 2, 3 gündə çətin vəziyyətdə idik. Bir neçə futbolçumuz oyuna ağrı ilə çıxmışdı. Onların xarakter nümayiş etmələri məni sevindirdi. İtkilərimiz çoxdur. Bəzi futbolçularımız demək olar 50 faiz hazırdılar, amma oynatmağa məcburuq. Qış fasiləsinədək sıx qrafikə girmişik. Təəssüf ki, Henri də oyunun əvvəllində zədələnərək o sıraya qatıldı.
Nə qədər itkilərimiz də olsa futbolçularımızdan bu əzmkarlığı istəyirik. Gənc futbolçularımızın “Sabah” kimi rəqibə qarşı çəkinmədən mübarizə aparmaları məni sevindirir. Növbəti oyunlarda xal ehtiyatımızı artırmağa çalışacağıq”.