- Baxış sayı: 47
- 12 Fevral 2026 23:16
- Baxış sayı: 26
- Fevral 12, 2026
- 0

Azərbaycan komandasının baş məşqçisi Ayxan Abbasov AFFA-nın mətbuat xidmətinə açıqlamasında UEFA millətlər liqasının 2026/2027-ci illər mövsümünün püşkünü dəyərləndirib. Allsport.az xəbər verir ki, mütəxəssis komandasının “C” liqasına qayıdacağına inandığını bildirib:
“Rəqiblərimiz bilindi, komandamız üçün xeyirli olsun. Bütün potensial rəqiblərimizlə tanış olmuşduq, oyunlarını izləmişdik. Əlbəttə ki, əsas məqsədimiz “C” liqasına qayıtmaqdır. Qarşıdan yoldaşlıq görüşləri gəlir. Həmin oyunlarda futbolçuları izləmək, heyəti müəyyənləşdirmək imkanımız olacaq. “C” liqasına qayıdacağımıza inanıram”.
Azərbaycan yığması “D” liqasının 2-ci qrupunda Litva və Lixtenşteyn yığmaları ilə qarşılaşacaq. Millətlər liqasında yeni mövsümə sentyabrda start veriləcək.