- Baxış sayı: 3
- 28 Noyabr 2024 10:42
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
“Bəlkə bu gün oyun olmasında bir az üstünlüyümüz oldu ki, futbolçularda yorğunluq bir az azalmışdı”. Allsport.az saytı xəbər verir ki, bu sözü “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov deyib. O, Qazaxıstanın “Jetısu” klubu ilə Antalyada yoxlama oyunundan (1:1) sonra fikrinə bunu əlavə edib:
“Fərqli 2 hissə oldu. Hər kəsə fürsət verdik. Ümumən razı qaldım. Xeyli qol imkanlarımız oldu, ancaq istifadə edə bilmədik. Səhvlərimiz də var. Çalışacağıq ki, Antalyada maksimum hazır olaq.
Rəqibləri də elə seçmişik ki, çempionatın səviyyəsinə uyğundurlar və onlarla qarşılaşmalarda öz səhvlərimizi görə bilək. Bu gün nə tapşırıq qoyulmuşdu, futbolçular ümumən yerinə yetirməyə çalışdılar”.