- Baxış sayı: 34
- 27 Noyabr 2024 23:48
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
“Sumqayıt” ölkə kubokunun 1/4 finalı çərçivəsində “Neftçi”yə doğma divarlar arasında 0:1 hesabı ilə məğlub olmasına rəğmən, yarımfinala yüksəlib. Allsport.az saytı xəbər verir ki, baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında mərhələ adlamaqlarıın sevincini bölüşüb.
“Yarımfinala yüksəlməyimiz sevindiricidi. Həqiqətən rəqibin “Neftçi” olduğunu biləndə nə dərəcədə çətin olacağını anlayırdıq. Futbolçularımız xarakter göstərdi. Ancaq bu gün azarkeşlərimiz bizim üstünlüyümüz idi. Onların möhtəşəm dəstəyini qeyd edərdim.
Futbolçularımızın istəyi “Neftçi”dən üstün idi. Əlbəttə, rəqib futbolçular ustalıq baxımından bizdən aşkar üstün idilər. Ancaq hər iki oyunda futbolçularımız daha istəkli idi. Komandamızın fiziki hazırlığı məni qorxudurdu.
Üç gündən bir oynamağa hazır deyilik. Müəyyən anlarda əks-hücumlar yaxaladıq. Ancaq psixoloji cəhətdən təzyiq öz işini gördü. Qışdan sonra daha hazırlıqlı olmağa çalışacağıq”.