- Baxış sayı: 124
- 20 Mart 2026 23:43
- Baxış sayı: 145
- Mart 19, 2026
- 0

Antalyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası birinci yoxlama görüşünü keçirib.
Allsport.az xəbər verir ki, U-21 yeni baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında ilk oyununda Moldovanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb. “Cornelia” futbol mərkəzində təşkil olunan matç millinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yığma komandanın heyətində qolları 18-ci dəqiqədə Oruc Məmmədov və 25-ci dəqiqədə Sadiq Şəfiyev vurublar.