- Baxış sayı: 48
- 16 Dekabr 2024 20:47
- Baxış sayı: 176
- Dekabr 18, 2024
- 0
FHN-in “Xilasedici” idman-sağlamlıq mərkəzində karate üzrə Azərbaycan çempionatına start verilib. Allsport.az saytı xəbər verir ki, 600-ə yaxın idmançının iştirak etdiyi yarışın ilk günü böyüklər, gənclər və yeniyetmələr mübarizə aparıblar.
Para karate, kata və kumite növlərində təsnifat görüşləri yekunlaşandan sonra çempionatın rəsmi açılış mərasimi baş tutub. Dövlət himninin səsləndirilməsindən sonra şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Mərasimdə ilk olaraq Azərbaycan karate federasiyasının prezidenti Ülvi Quliyev çıxış edərək, iştirakçılara uğurlar arzulayıb.
Sonra söz gənclər və idman nazirliyinin sektor müdiri Aydın Məmmədova verilib. Yarışın rəsmiləri arasında federasiyanın vitse-prezidentləri Füzuli Musayev, Rəhman Hətəmov və idarə heyətinin üzvləri yer alıblar.
Açılışdan sonra ilk yarış gününün final qarşılaşmaları baş tutub. 50-ə yaxın komandanın iştirak etdiyi ölkə çempionatı 3 gün davam edəcək.