- Baxış sayı: 20
- 29 Mart 2026 11:32
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində avqustun 3-də keçirilmiş “Neftçi” – “Jelezniçar” matçında zədələnmiş futbolçu Azər Əliyev sağlamlıq müayinəsindən keçib.
Allsport.az saytı xəbər verir ki, “ağ-qaralar”ın baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamasında bildirib: “Sümükdə və oynaqda sınıq və ciddi xəsarət yoxdur. Sadəcə, bağlarda gərilmə və əzələlərində kəskin əzilmələr müşahidə olunduğuna, həmçinin həmin hissəyə qan yığıldığına görə dirsək oynağı müalicə olunub. 7-10 gün ərzində sarğıda qalacaq. Bu müddətdə Azər Əliyev məşqlərdən azad olunub. Ağrılar tam azalandan sonra isə fərdi məşqlərə başlayacaq”.