- Baxış sayı: 34
- 25 Noyabr 2024 21:38
- Baxış sayı: 119
- Noyabr 25, 2024
- 0
“Araz-Naxçıvan” premyer liqanın 3-cü turunda səfərdə “Qarabağ”a 1:2 yenilib. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra qonaqların baş məşqçisi Azər Bağırov bunu söyləyib:
“Oyunun çətin keçəcəyini bilirdik. “Qarabağ”ı həm qələbə, həm də Avropa liqasında uğurlu çıxışı münasibəti ilə təbrik edirəm. Komanda olaraq yaxşı oynadıq. Uyğunlaşma ilə bağlı müəyyən çatışmazlıqlar var, bu da növbəti oyunlarda düzələcək.
Futbolda konsantrasiyanı və motivasiyanı sona qədər qorumaq vacibdir. Oyun hakimin final fitindən sonra yox, soyunub-geyinmə otağında başa çatır. Bu gün futbolçularım konsantrasiyadan tez düşdülər. Bu yorğunluqla da bağlı ola bilər. Amma yaxşı mübarizə apardıq.
Qurban Qurbanov adətən avrokubok oyunlarından sonra çempionatda keçirilən matçın 2-ci hissəsində əsas heyəti meydana buraxır. Biz də buna uyğun hazırlıq görmüşdük.
Hakimlərlə bağlı danışmaq istəmirəm, görübsə, verəcək, görməyibsə, verməyəcək. Düzdür, VAR var, amma hakimlərin üzərində çox təzyiq yaratmaq lazım deyil”.