- Baxış sayı: 34
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
“Kəpəz”in Topaz Premyer Liqasında və əvəzedicilərin ölkə birinciliyində uğurlu çıxışı futbolçuların müxtəlif yaş qrupları üzrə yığma komandalara yolunu açır. Allsport.az xəbər verir ki, ötən aylarda klubun əsas heyətinin üzvləri A milli və gənclər yığmasına dəvət almışdısa, bu dəfə əvəzedicilərin futbolçusu Əli Səmədov oyunu ilə U-19 komandasının məşqçilər korpusunun diqqətini çəkib.
Səmədov noyabrın 2-dən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Bakıda keçirilən təlim-məşq toplanışına dəvət alıb. Əli daha əvvəllər aşağı yaş qrupları üzrə ölkə yığmalarına cəlb olunsa da, ilk dəfə U-19-a çağırılıb.
Yetirməsinin milliyə dəvəti haqda əvəzedici heyətin baş məşqçisi Azər Məmmədov klub saytına fikirlərini bölüşüb: “Elə mən də Əlinin bu uğuruna sevinirəm. Arzu edirəm ki, yığmada möhkəmlənib oynasın. Yeni yaranmış komandadan bir oyunçunun yığmaya çağırılması yaxşı haldır. Milli ilə yanaşı, istərdim ki, əvəzedicilərdən “Kəpəz”in əsas komandasına da uşaqlarımız getsin. Namizədlər var, amma nə vaxt gedib ilk “11-lik”də yer alacaqlar, bax, onda lap çox sevinəcəyəm”.
“Kəpəz”in sıralarından sonuncu dəfə 19 yaşlıların Azərbaycan yığmasına futbolçunun çağırılmasından uzun zaman keçib. Bu mənada Əli Səmədov həsrətə son qoyub.
Qeyd edək ki, 19 yaşlıların paytaxtda toplanış keçməsi Avropa Çempionatının ilkin seçmə mərhələsinin oyunları ilə bağlıdı. Futbolçularımız noyabrın 10-u, 12-i və 15-də Bayıl stadionunda müvafiq olaraq Ukrayna, Türkiyə, Bosniya və Herseqovinadan olan həmyaşıdları ilə qarşılaşacaqlar.