- Baxış sayı: 127
- 20 Mart 2026 23:43
- Baxış sayı: 152
- Mart 19, 2026
- 0

Rusiya premyer liqasında 25-ci turun oyunları keçirilir. Allsport.az xəbər verir ki, Kamran Əliyevin formasını geyindiyi “Ximki” evdə Azər Əliyevin çıxış etdiyi “Tambov”u qəbul edib.
Qarşılaşmada meydan sahibləri 1:0 hesablı qələbə qazanıb.
Kamran sonadək ehtiyatda qalıb. Azər isə start heyətdə meydana çıxıb və sonadək oynayıb.
“Ximki” 38 xalla 8-ci, “Tambov” 13 xalla sonuncu – 16-cıdır.